MƏKTƏBDƏ REPRODUKTİV SAĞLIAMLIĞIN TƏDRİSİ MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

Məktəbdə Reproduktiv sağlamlığın tədrisi proqramına əsasən Təhsil İnstitutun əməkdaşı Tağıyeva Bənövşə və məktəbin təşkilatçısı İsmayılzadə İradə tərəfindən maarifləndirici tədbir həyata keçirilib. Proqramın məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir. Bənövşə müəllim bildirib ki, reproduktiv sağlamlıq həm ayrı-ayrı şəxslər, həm də bütövlükdə ailə üçün böyük əhəmiyyət kəsb edərək, cəmiyyətin və millətin sosial-iqtisadi inkişafının səviyyəsini xarakterizə edir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlara yiyələnməklə yeniyetmələr sanitar, gigiyenik qaydalara əməl etmək, həyatın bütün nemətlərindən şüurlu surətdə bəhrələnmək, hər cür zərərli vərdişlərdən (siqaret çəkmək, alkoqol və narkotik maddələrdən istifadə) uzaqlaşmağı öyrənirlər. Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb. Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi