Repressiya qurbanları

 Repressiyaların kökü Stalinin hakimiyyətə keçərək ölkəni təkbaşına idarə etməyə başlaması dövrünə gedib çıxır. Keçmiş partiya elitasının məhvi ilə başlayan kütləvi repressiya maşını tezliklə yoxsul təbəqələri, ziyalıları, yazıçı və şairləri öz məngənəsində sıxmağa başlayır. Yüzlərlə ziyalı millətçilikdə, xalqa xəyanətkarlıqda, Almaniya, Yaponiya kəşfiyyat orqanları ilə əlaqədə təqsirləndirilərək məhv edilirdi.

Bütün bunlar işığa can atan, fəqət taleyi qaranlıqdan keçən yüzlərlə insanın həyatının başlanğıcıdır. Həmin insanlar əsasən yüksək istedada malik, vətənini, xalqını bütün qəlbi ilə sevən türk oğulları idi.

    O günahsız canları yad etmək məqsədi ilə məktəbimizin kitabxanasında

Olqa Abbasovanınn təşkilatçılığı, 5”E" və 10”A” sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Şagirdlərimiz Mikayıl Müşfiq haqqında dəyərli məlumatlarla çıxış edərək bildiriblər ki, o dəhşətli, qorxunc illər, dostlarının repressiyaya qurban getməsi Mikayıl Müşfiqin çətin günlərinin başlanğıcı olub. 37-ci il Mikayıl Müşfiqdən də yan keçməyib. Şair “Müsavat gənclər təşkilatı” ilə əlaqələr saxlaması və hökümətin ünvanına böhtan atması səbəbi ilə təqib edilməyə başlayıb. Şairin xalq arasında narazılıq yaratdığı iddia edilərək iyunun 3-də həbs edilib. 1938-ci il yanvarın 5-də SSRİ Ali Məhkəməsində Mikayıl Müşfiqin güllələnməsinə qərar verilib. Yanvar ayının 6-sı isə şair Nargin adasında güllələnib.

   Tədbirdə Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla xanım Axundzadə, Mikayıl Müşfiqin əmisi nəvəsi Reyhanə İsmayılzadə, Əhməd Cavadın nəvəsi Almas Bağırova çıxış edərək səbəbkarlar haqqında maraqlı xatirələrini danışıblar.

Məktəbin direktoru Kəmalə xanım Qədirova tədbiri yekunlaşdıraraq qeyd edib ki, Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda "xalq düşməni" damğası ilə güllələnən qurbanlar, zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan xalqı var olduqca bu günahsız canlar da yaşayacaq, nəsillərdən- nəsillərə örnək olacaq. Deməli, tarix insan səhvlərini düzəldir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi