Cəfər Cabbarlının “Dilarə” hekayəsinin müzakirəsi

Məktəbin kitabxanasında 6 "A" sinif şagirdlərinin iştirakı ilə "Kitab sənin ən sadiq dostundur" başlığı altında Cəfər Cabbarlının "Dilarə" hekayəsinin müzakirəsi keçirilib. Şagirdlər hekayənin məzmunun və təhlilin çox məharətlə aparıblar. Belə ki, onlar əsərdə baş verən hadisələrin dövrünü, ailənin ağır vəziyyətini, Dilarənin məktəbə getmək, təhsil almaq arzusunu və bu arzu olaraq ürəyində qalmasını ürək ağrısı ilə danışıb mülahizələr aparıblar. Eyni zamanda Dilarənin taleyini bu günümüzlə xoşbəxt həyat sürən, işıqlı otaqlarda təhsil alan, hər cür rahatlıqla təmin olunan öz həyatları ilə müqayisə edərək keçmişimizlə bu günümüzü əlaqələndiriblər. Sinif şagirdləri əsərdən təsirlənərək belə nəticə çıxarıblar ki, biz Dilarədən fərqli olaraq çox xoşbəxtik. Çünki bizim qayğımızı çəkən, dərsliklərlə, gözəl , işıqlı siniflərlə təmin edən dövlətimiz, həm maddi, həm mənəvi cəhətdən bizim üçün çalışan valideynlərimiz və savadlı şəxsiyyət kimi yetişməmizdə rolu olan müəllimlərimiz var. Müzakirədə məktəbin müdiriyyəti iştirak edərək şagirdlərə daha böyük uğurlar arzulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi