BÖYÜK ZƏFƏRİN BAŞLANĞICI – APREL DÖYÜŞLƏRİ

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Bağırovanın təşkilatçılığı ilə 8"B" sinfində “Böyük Zəfərin başlanğıcı – Aprel döyüşləri” mövzusunda dəyirmi masa keçirilib. İlk öncə şagirdlər Aprel döyüşlərində iştirak etmiş şəhidlərin xatirəsini böyük ehtiramla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar. Müəllim bildirib ki, Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən 8 il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər. Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqlarının hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”. Müəllim çıxışının sonunda bildirib ki, Azərbaycan ordusu 44 günlük müharibədə bunu bir daha bütün dünyaya göstərdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi