Aprel döyüşləri - bizim şanlı hərbi qələbəmizdir

Məktəbin tarix müəllimi İrina Beydiyeva 8“Ç” sinfində Aprel döyüşlərinə həsr edilmiş “Aprel döyüşləri - bizim şanlı hərbi qələbəmizdir” adlı dərs keçib. Müəllim şagirdlərə bu qələbənin şanlı hərbi qələbə, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbə olduğunu bildirib. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını alıb. Bu, aprel döyüşləri kimi tarixləşib. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunub. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edilib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə deyib: “Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”. Müəllim sonda qeyd etdi ki, tarix yazan Azərbaycan ordusunun şücaəti nəticəsində biz bunun şahidi olduq. Torpaqlarımız azad oldu. Şagirdlər aprel döyüşlərinin qəhrəmanları haqqında hazırladıqları təqdimatları göstəriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi