TƏBİƏTİ ÖYRƏNƏK, SEVƏK VƏ QORUYAQ

Məktəbin 3"B" sinif müəllimi Sevinc Məcidova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində şagirdlərində tədqiqatçılıq bacarıqlarını artırmaq, onları ekoloji maarifləndirmək, təbiət fənninə marağı artırmaq, ekologiyanın mühafizəsinin zəruri olduğunu anlatmaq məqsədilə ustad dərsi təşkil edib. Uşaqlar böyük zövqlə dibçəkləri rəngləyib, gül əkib, əkdikləri güllərin xüsusiyyətləri haqqında geniş məlumatlar alıblar. Müəllim şagirdlərini hərtərəfli inkişaf etdirməyə, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsinin vacib olduğunu anlatmağa çalışıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi