ŞAGİRDLƏRİMİZ "AZƏRBAYCAN DƏMİRYOLLARI" MUZEYİNƏ EKSKURSİYA EDİBLƏR

Məktəbin STEAM layihəsi üzrə müəllimləri Esmira Zöhrabova və Gülümsər Orucovanın təşkilatçılığı ilə 5 "D" sinif şagirdləri "Azərbaycan Dəmiryolları" muzeyinə ekskursiya ediblər. Ekskursiya zamanı şagirdlər muzeyin üç sərgi zalı ilə tanış olublar. Birinci sərgi zalında 19-cu əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən arxiv foto stendlər və video materiallar, maraqlı eksponatlar, dünyanın sürət qatarları, vakuum qatarlarının modelleri göstərilib. İkinci zalında 20- çi əsrdə dəmir yolunda gedən inkişaf prosesi, üçüncü zalında isə dəmir yolu qatarlarının modelleri, müxtəlif dövrlərə məxsus sərnişin obrazlarının maketləri nümayiş etdirilib. Təqdimat zamanı Azərbaycan xeyriyyəçisi , millionçu H.Z.Tagiyevin ölkənin dəmiryollarının yaradılmasında töhvəsi vurğulanıb. Şagirdlər həmçinin 1964 - cü ilə aid Almaniya istehsalı olan vaqonda olublar. Daha sonra Azərbaycan dəmiryollarının tarixini əks etdirən sənədli filmə baxıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi