31 MART AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜDÜR

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Məktəbin tarix müəllimi Ofelya Cəfərova 5”C” sinfində 31 Mart Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş dərs keçib. Müəllim bildirib ki, martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və digər Azərbaycan məhəllələrinə hücum ediblər. Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilib. Bolşevik daşnak birləşmələri "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" binasını yandırıb, "Təzəpir" məscidinin minarələrini top atəşi ilə zədələyiblər. Şagirdlər çıxışlarında Qarabağ müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan onların torpaq uğrunda göstərdikləri rəşadətdən danışıblar. Erməni daşnaklarının məkrli oyunlarından söz açıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi