Xoş niyyətin dolaşsın, bərəkətin aşıb-daşsın...

Məktəbimizdə Novruz adətlərinin təbliğinə xüsusi önəm  verilir. Gənc nəslin istər milli, istər ümumbəşəri keyfiyyətləri dərk etməsində, onların dünyagörüşünün yüksək dəyərlər əsasında formalaşmasında Novruz adətlərinin təbliği faydalı və əhəmiyyətlidir. Elə buna görə   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28.02.24-cü il tarixli 3-29-59/3-2-103F/2024 №li “Dəyərlərimizi qoruyaq” layihəsinin icrasını təmin etmək məqsədi ilə Novruzla bağlı tədbirlərə start verilib. Məktəbimizdə 3"B", 6"A və 7"B"  sinif şagirdlərinin iştirakı ilə “Xoş niyyətin dolaşsın,  bərəkətin aşıb-daşsın...” adlı tədbir keçirilib.

Tədbirdə məktəbimizin adını daşıyan Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadəninyaxın dostu, Mərkəzi Elmi Kitabxananın baş direktoru Məmməd Əliyev, qəhrəmanın anası Zemfira xanım Tağızadə və Nəsimi rayon Həmkarlar İttifaqının sədri Reyhan Ocaqova da iştirak edib.  Tədbirə gələn qonaqlar, məktəbin müdiriyyəti və pedaqoji kollektivi maraqlı Novruz adətləri ilə qarşılanıb. I mərtəbədən III mərtəbədəki akt zalına qədər “qulaq falı, küsülülərin barışması, Novrız halayı, duz-çörək və şərbətlə qarşılanma, yumurta döyüşməsi, tonqaldan atlanma, Kosa-keçəl, fincan-fincan rəqsi” kimi maraqlı adətlərimiz nümayiş etdirilib. Tədbirin daha geniş hissəsi isə akt zalında Sevinc Məcidovanın təşkilatçılığı ilə  3b sinif şagirdləri tərəfindən nümayiş etdirilib. Uşaqlar 44 günlük müharibədən sonra Novruzu “qiyabi” olaraq Şuşada keçiriblər. Balacaların“Şuşada Novruz büsatı”adlı musiqili ədəbi-bədii çıxışları zalda oturanları valeh edib. Onlar  öz ürək sözlərini həzin bir musiqi sədasının səslənməsi ilə başlayıb. Sonra uşaqlar şeirlə bir- birini salamlayıb, “Novruz”un tarixindən söhbət açaraq maraqlı müzakirəyə yol açıblar. Onlar Novruzun daha qədim dövrlərə təsadüf etməsindən, çərşənbələrin yaranma səbəbindən maraqlı əhvalatlar danışıblar. Bir-birini tamamlayan səhnəciklər, mahnılar, şeirlər, maraqlı söhbətlər hamıda xoş təəssürat yaradıb. Tədbir oynaq  musiqinin sədaları altında ” Zəfər əhvallı bayramın – Novruzun mübarək, Azərbaycan!”- kəlmələri ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi