MƏKTƏBİN IX SİNİF ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Məktəb rəhbərliyinin təşəbbüsü ilə IX sinif şagirdləri ilə görüş keçirilib. Məktəbin təlim -tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova və məktəbin psixoloqları Gülsənəm Bayramlı və Gültəkin İskəndərova şagirdlərə imtahanda uğurlar arzulayıblar. Məktəbin psixoloqları imtahanqabağı həyəcan və stressin azaldılması barədə danışıblar. Görüşün əsas məqsədi şagirdlərdə imtahan həyəcanını aradan qaldırmaq və imtahan haqqında maarifləndirici söhbət aparmaqdan ibarət olub. Görüş zamanı şagirdlərin sualları cavablandırılıb və onlara tövsiyələr verilib. Şagirdlərimizə buraxılış imtahanında uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi