ŞAGİRDLƏRİMİZ “BUM-BUM” KİTABININ TƏQDİMATINDA OLUBLAR

Məktəbin 3 "B" sinif şagirdləri sinif rəhbəri Sevinc Məcidovanın təşkilatçılığı ilə Vaqif Səmədoğlunun “3 alma“ nəşriyyatı tərəfindən nəşr olunan “Bum- bum” kitabının təqdimatında iştirak ediblər. Tədbirdə mərkəzin rəhbəri, Vaqif Səmədoğlunun qohumu Səməd Vəkilov, kitabın rəssamı Ruhulla Həsənzadə, yazıçı Mürşüd İsmayılzadə, uşaq yazıçısı Reyhan Yusifqızı da iştirak ediblər.

    Əvvəlcə şairin həyat və yaradıcılığı haqqında kiçik bir film nümayiş olunub.Sonra kitabın rəssamı “Bum-bum” kitabının tərtibatı ilə bağlı iştirakçılarla öz fikir və ideyalarını bölüşüb. Şagirdlərimiz əsərdən səhnələşdirdikləri tamaşanı qonaqlara təqdim ediblər. Tamaşa böyük alqışlarla qarşılanıb. Sonda tamaşada iştirak edən hər şagirdə Vaqif Səmədoğlunun “Bum-bum” kitabı və təşəkkürnamə təqdim olunub. Məktəbin şagirdləri tədbirdən böyük təəssüratla ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi