MƏKTƏBDƏ "İDMAN HƏFTƏSİ" SƏHƏR GİMNASTİKASI İLƏ BAŞLAYIB

"5 Mart – Bədən Tərbiyəsi və İdman Günü" ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir. "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir. Məktəbimizdə idman həftəsi çərçivəsində silsilə tədbirlər keçirilib. Fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı ilə ilk öncə şagirdlər səhər gimnastikası ediblər. Şagirdlərlə səhər idmanının faydası haqqında söhbət aparılıb. Müəllimlərimiz şagirdlərə idman elətdirməklə yanaşı bu hərəkətləri hər səhər mütəmadi yerinə yetirməklə öz sağlamlıqları üçün necə faydalı iş görəcəklərini izah ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi