MƏKTƏBDƏ “AİLƏM VƏ MƏKTƏBİM ”LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ VALİDEYNLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

Məktəbdə "Ailəm və məktəbim" layihəsi  çərçivəsində V- IX sinifdə oxuyan şagirdlərin valideynləri ilə görüş keçirilib. Valideynlərin məktəbdəki günü səhər saat 08:30-da başlayıb. İlk öncə məktəbin direktoru Kəmalə Qədirova valideynlərlə maarifləndirici söhbət aparıb. Görüşün şagirdlər üçün əhəmiyyətindən danışıb. Kəmalə Qədirova bildirib ki, görüşün əsas məqsədi müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir. Görüşdə valideynləri maraqlandıran suallar cavablandırılıb. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Sonra  məktəbin psixoloqu Gülsənəm Bayramlı şagirdlərin asudə vaxtlarını səmərəli keçirməsi haqqında söhbət aparıb. Bildirib ki, “Səmərəli asudə vaxt sağlam gənclik deməkdir”. Yeniyetmələrin maraq, meyil və bacarıqlarının, intellektual səviyyəsi və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şəraitin yaradılması, onların asudə vaxtının səmərəli təşkilidir. Keçirdiyimiz tədbirlər, müsabiqələr, sərgilər şagirdlərin böyük marağına səbəb olur. Müxtəlif tədbirlərin təşkilindəki bilavasitə iştirakı onların əməkdaşlıq, məsuliyyətlilik, araşdırma bacarıqlarının və media-savadlılıq dərəcəsinin artmasına mühüm təsir göstərir.Seminardan sonra valideynlər dərs müşahidələrində olublar. Sonra valideynlər "OCEP" layihəsi çərçivəsində Rus dili və ədəbiyyatı müəllimlərinin hazırladıqları tədbirdə iştirak ediblər. Valideynlər məktəbdən böyük təəssüratla ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi