Məktəbdə Reproduktiv sağlamlıq mövzusunda valideynlərlə görüş təşkil edilib

Məktəbin tərbiyə işləri üzrə direktor müavini İradə İsmayılzadə, məktəbin psixoloqları Gülsənəm Bayramlı və Gültəkin İskəndərova  şagirdlərin yeniyetmə yaş dövrü ilə əlaqədar olaraq baş verə biləcək psixoloji problemləri və onların aradan qaldırılması yolları haqqında valideynlərə öz tövsiyələrini verilib. Eyni zamanda psixoloqlar bildiriblər ki, yeniyetməlik yaş dövrünün əsas aparıcı fəaliyyət forması ünsiyyət olduğundan valideyn-övlad arasında sağlam ünsiyyət yaradıl arsa baş verə biləcək problemlerin qarşısını almaq mümkündür.
Məktəbin tibb bacısı Gülcöhrə İsmayılova öz çıxışında valideynlərə övladlarının gigiyenik qaydalara riayət etmələrini, hansı vasitələrdən istifadə etməli olduqlarını tövsiyə edib. Son zamanlar yayılan infeksion xəstəlik olan qızılca xəstəliyindən və ona qarşı profilaktik tədbirlər haqqında söhbət açıb  Sonda isə valideynləri narahat edən suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi