Yaddaşlardan silinməyəcək faciə...

“Dünya heç kəs üçün əbədi deyil,”- deyib müdriklərimiz. Böyük fatehlər, nəhəng siyasətçilər yola salıb qoca tarix. Lakin hərə öz əməli ilə qalıb tarixin yaddaş kitabında. Ermənilər də Xocalı faciəsi ilə ürəyimizə elə dağ çəkiblər ki, bu dağın cızıltısı 5-10 əsr keçsə belə, qulaqlarımızdan getməyəcək, yaddaşlarımızdan silinməyəcək.

    Əsrin faciəsi... İllər ötsə də, bu söz dəyişməyib. Azərbaycanın salnaməsinə yazılmış qanlı tarix, erməni vandalizmi tərəfindən törədilən dəhşətli faciə haqqında  məktəbimizdə silsilə tədbirlər, nümunəvi dərslər keçirilib. 5"Ç" sinif şagirdləri I mərtəbənin dəhlizində-qanlı faciəyə həsr olunmuş foto-stendlərin önündə “Yaddaşlardan silinməyəcək faciə” adlı dərs-diskussiya nümayiş etdiriblər. Dərsin əsas məqsədi ermənilərin iç üzünü bir daha şagirdlərə açıb göstərmək,  düşmənin amansızlığını əks etdirən səhnələrin başa düşülüb qavranılmasına nail olmaq olub. Şagirdlər bu qənaətə gəliblər ki, bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Dərsin sonunu şagirdlər nikbin əhvali-ruhiyyə ilə bitirərək azğın düşmənə nifrətini, qəzəbini qələbə sevinci  ilə bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi