"Zəfər Günü" təqdimat müsabiqəsi keçirilib

8 Noyabr "Zəfər Günü" münasibətilə informatika müəllimləri Ramazanova İlahə, Qurbanova Bənövşə, Aşurova Röya, Paşşanova Vüsalə, Babayeva Səidənin təşkilatçılığı ilə 6-7 - ci siniflər arasında "Şuşanın tarixi və mədəni abidələri" adlı təqdimat müsabiqəsi keçirilib. Müsabiqədə 20 nəfər şagird iştirak edib. Şagirdlər məzmununa görə müxtəlif təqdimatlar ediblər. Münsiflər heyətinin qiymətləndirilməsindən sonra şagirdlər fəxri fərmanlarla təltif olunublar. Əliyev Əziz - l yer, Paşşanlı Abdulla və Axundzadə Səma Il yer, Novruzlu Kamal, Aylin Rəhimova, Şəhla İmamverdiyeva isə III yer.