Bakı Şəhəri üzrə Təhsil İdarəsi Həmkarlar İttifaqı Komitəsi tərəfindən təhsil işçiləri 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Müəllimlərimiz təltif edilib.
Mərasimdə çıxış edənlər şərəfli peşə olduğu üçün müəllim adını daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərildiyini qeyd ediblər. Həmçinin onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün Azərbaycana layiqli vətəndaşlar yetişdirmək yolunda səylə çalışacaqlarını ifadə ediblər.Tədbirdə məktəbimizin təlim - tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova və tərbiyə işləri üzrə direktor müavini İradə İsmayılzadə anadan olmalarının 60 illiyi və təhsildə səmərəli fəaliyyətlərinə görə fəxri fərmanla təltif olunublar.Müəllimləri təbrik edir, şərəfli peşələrində uğurlar arzulayırıq.