"Kiçik Akademiya" da riyaziyyat və fizika fənnindən şagirdlərin təqdimatı keçirilib.

Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya”nın riyaziyyat və fizika fənləri üzrə şagirdlərin təqdimatı olub. Şagirdlərdən Alpay Abdullayev, Kənan Hüseynov, Yekatirina Dudarova, Murad Məhərrəmov, Səbinə Ələkbərova, Rasim Mehdiyev, Vaqif Mustafazadə riyaziyyat fənni üzrə “Pifaqor teoremi”, Məleykə Mehdiyeva, Sərxan Qəhrəmanov, Ləman Həmzəyeva fizika fənni üzrə “Alternativ enerji” mövzuları üzrə araşdırmalarını təqdim ediblər. Təqdimatlarda fənn müəllimləri də iştirak ediblər.