Müəllimimizdən böyük uğur – Fəxr edirik!

Liseyimizin fiziki tərbiyə müəllimi Ülviyyə Şərifova 2024–2025-ci il mövsümündə "Azeryol" qadın həndbol komandasının heyətində möhtəşəm nailiyyətlərə imza atıb!

Ülviyyə Şərifovanın üzvü olduğu “Azeryol” komandası:

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin qalibi,

Azərbaycan Kubokunun sahibi,

Qadınlar arasında Azərbaycan çempionu olaraq mövsümü üçqat çempion kimi başa vurub!

Bu qürurverici nəticələrdə payı olan dəyərli müəlliməmizi ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq!

"Ülviyyə müəllim, Sizinlə fəxr edirik!"

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi