"Vətənə sevgi - Gələcəyə inam"

16 nömrəli Texniki-Humanitar Liseydə "7-dən 17-yə vətənpərvər" layihəsi çərçivəsində mənalı və yaddaqalan müzakirə təşkil olundu. Tədbir məktəbin kitabxana müdiri Samirə Rzayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarovanın rəhbərliyi ilə keçirildi. 6L sinif şagirdlərinin iştirakı ilə baş tutan bu müzakirə dəyirmi-masa formatında təşkil edilmişdi və səmimi, ruhlandırıcı ab-havada keçdi.

Müzakirə zamanı şagirdlər özlərinin hazırladıqları təqdimatlarla çıxış etdilər. Vətən, qəhrəmanlıq, milli ruh və vətənə sevgi mövzularına toxundular. Onların duyğulu çıxışları, səsləndirdikləri şeirlər və düşündürücü fikirlər tədbirə xüsusi bir rəng qatdı. Hər bir təqdimat şagirdlərin Vətənə olan dərin sevgisinin, milli-mənəvi dəyərlərə bağlılıqlarının bariz göstəricisi oldu.

Samirə Rzayeva və İlhamə Cabbarova da çıxış edərək, vətənpərvərlik hisslərinin erkən yaşlardan formalaşdırılmasının vacibliyini vurğuladılar. Onlar şagirdləri daim oxumağa, düşünməyə və ölkəmizin dəyərlərinə sahib çıxmağa çağırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi