Zəka Səhnəsində Məntiq Savaşı – “KVM” Yarışı

16 nömrəli Texniki Humanitar Liseydə maraqlı riyaziyyat yarışı keçirildi!
Riyaziyyat müəllimimiz Günel Ramazanovanın təşkilatçılığı ilə liseyimizin 6K və 7B sinifləri arasında KVM adlı riyaziyyat yarışı baş tutdu. Yarışma 8 raunddan ibarət idi və hər komandada 10 nəfər şagird iştirak edirdi.
Komandalar:
6K sinfi – "Isklucenie iz pravil"
7B sinfi – "Formula uspexa"
Bilik və məntiq üzərində qurulan bu maraqlı yarışmada qalib 6K sinfi oldu!
Bu gözəl təşəbbüs üçün Günel müəlliməyə təşəkkür edirik. Hər iki komandaya da zəhmətləri və fəallıqları üçün alqışlar!