Dünəndən bu günə Türk mədəniyyətləri – 8L sinifindən maraqlı tədqiqat!

Türk xalqları əsrlər boyu zəngin mədəniyyətləri və qədim adət-ənənələri ilə dünyaya öz möhürünü vurub. Bu dəyərlər yalnız tariximizin bir hissəsi deyil, eyni zamanda bu günümüzü və gələcəyimizi formalaşdıran mənəvi xəzinəmizdir.

8L sinif şagirdləri tarix müəllimləri Həcər Babayevanın rəhbərliyi ilə "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində maraqlı bir tədqiqat işi aparıblar. Şagirdlər Türk xalqlarının bayramları, milli rəqsləri və mədəni irsi ilə yaxından tanış olaraq bu mövzuda təqdimatlar hazırlayıb, öyrəndiklərini sinif yoldaşları ilə bölüşüblər. Qədimdən bu günə körpü salan belə təşəbbüslər gənc nəslin milli kimliyini tanıması və qoruması baxımından çox önəmlidir. Əhsən sizə, 8L!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi