DİN tərəfindən maarifləndirici profilaktik tədbir keçirildi

16 nömrəli Texniki Humanitar Liseydə 8, 9 və 10-cu sinif şagirdlərinin iştirakı ilə maarifləndirici profilaktik tədbir keçirildi. Görüş Daxili İşlər Nazirliyinin Polis Akademiyasının müəllimi, polis mayoru Ata Vəliyev və polis baş leytenantı Fəxrəddin Cəfərov tərəfindən təşkil olunmuşdur.

Tədbirdə "Kibertəhlükəsizlik və internet resurslarından təhlükəsiz istifadə", eyni zamanda "Narkomaniya — sosial bəla kimi" mövzularında geniş və əhatəli söhbətlər aparıldı. Məruzəçilər şagirdlərə bu sahədə mövcud risklər, onlardan qorunma yolları və hüquqi məsuliyyət barədə ətraflı məlumat verdilər.

Tədbirin əsas məqsədi şagirdlərdə hüquqi biliklərin artırılması, sağlam həyat tərzinə marağın formalaşdırılması və zərərli vərdişlərə qarşı maarifləndirmənin gücləndirilməsi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi