"BSQ-yə Doğru Addım: İngilis Dili üzrə Monitorinq"

15 may 2025-ci il tarixində 16 nömrəli Texniki-Humanitar Liseyin 10A, 10B və 10C siniflərində BSQ (Bilik və Səriştə Qabiliyyəti) öncəsi İngilis dili fənni üzrə monitorinq keçirildi.

Monitorinq şifahi formada təşkil olunmuş və onun keçirilməsində əsas məqsəd şagirdlərin ingilis dilində sərbəst danışıq bacarıqlarını, mətnlər üzərində işləmə, şəkil təsvir etmə, fikrini ardıcıl və məntiqli ifadə etmə kimi səriştələrinin qiymətləndirilməsi və daha da inkişaf etdirilməsi olmuşdur.

Təqdim olunan tapşırıqlar vasitəsilə şagirdlər öz biliklərini tətbiq etmək, real həyati situasiyalarda dil bacarıqlarını nümayiş etdirmək və kreativ yanaşmalarını ifadə etmək imkanı əldə etdilər. Fərdi yanaşmalar əsasında hər bir şagirdin özünüifadə bacarığı müşahidə olundu, özünəinam və nitq mədəniyyətinin formalaşmasına şərait yaradıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi