Ulu Öndər Heydər Əliyevin Anadan Olmasının 102-ci İlinə Həsr Olunmuş Dəyirmi Masa

Tarix müəllimləri Səfa Allahyarova və Həcər Babayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarova, coğrafiya müəllimi Solmaz Quliyeva, musiqi müəllimi Təranə Rəsulovanın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş mənalı və yaddaqalan dəyirmi masa keçirildi.

Tədbir zamanı 5"L" sinif şagirdləri Heydər Əliyevə həsr etdikləri şeirlərlə çıxış etdilər. 6"L" sinif şagirdlərinin “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” adlı xor ifası tədbirə xüsusi bir ruh qatdı. 6"L", 7"A", 8"A", 8"L" və 10"A" sinif şagirdləri isə Ulu Öndərin zəngin irsini və dövlətçilik fəaliyyətini əks etdirən maraqlı təqdimatlarla çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi