"Kitabın səhnəyə səyahəti"

Liseyimizdə kitabxana müdiri Samirə Rzayevanın təşkilatçılığı ilə 23 Aprel – Oxu Gününə həsr olunmuş maraqlı və mənalı tədbir keçirildi. Tədbirdə müxtəlif siniflərin şagirdləri ədəbiyyata və sənətə olan sevgilərini səhnə çıxışları ilə nümayiş etdirdilər.

Təqdim olunan səhnəciklər Azərbaycan, rus və ingilis dillərində səhnələşdirilərək tədbirə həm rəng, həm də beynəlmiləl ruh qatdı.

7L sinif şagirdləri görkəmli yazıçı Cəfər Cabbarlının "Oktay El oğlu" əsərindən hazırladıqları səhnəciklə tamaşaçılarda dərin təəssürat yaratdılar.

7A və 7L siniflərinin birgə təqdim etdiyi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərindən fraqmentlər isə klassik musiqi və teatrın gözəl sintezini nümayiş etdirdi.

6K sinif şagirdləri Aleksandr Puşkinin “Yevgeni Onegin” əsərindən səhnələşdirdikləri parça ilə ədəbiyyatın dərinliyinə səyahət etdilər.

Tədbirin xüsusi məqamlarından biri isə 5L sinif şagirdi Mehin Orucovanın ifasında “Dəşti təsnifi” rəqsi oldu. Onun incə və zövqlə hazırlanmış çıxışı tədbirə özəl bir ahəng qatdı.

Tədbirin ərsəyə gəlməsində əməyi olan müəllimlər:

Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Nəbiyeva

İngilis dili müəllimi Sevil Orucova və Bakı Slavyan Universitetinin praktikant tələbələri

Rus dili müəllimi Esfira Yaqubova

Musiqi müəllimi Təranə Rəsulova

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi