Qara Qızıldan Milli Dəyərlərə: "Neft Daşlarının Tarixi Yolu"

Liseyin azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Nəbiyevanın 7L sinfində keçdiyi dərsin bu dəfəki mövzusu “Neft Daşları”na həsr olundu. Dərsin əvvəlində şagirdlərə Neft Daşları haqqında maraqlı videosüjet təqdim olundu. Daha sonra 1949-cu ilin Azərbaycan neft tarixində mühüm hadisə kimi yazılan – ilk neft quyusunun fontan vurması, “Qara daşlar”ın “Neft daşları”na çevrilməsi və dənizdə ilk estakadaların inşası haqqında ətraflı məlumat verildi.

Həmçinin “Yeddi gəmi” adasının necə yaranması barədə maraqlı faktlar şagirdlərin diqqətinə çatdırıldı. Dərs zamanı neft mövzusunda çəkilmiş bədii filmlərdən fraqmentlər nümayiş etdirildi, eyni zamanda neftə həsr olunmuş bədii və incəsənət əsərləri təqdim olundu.

Şagirdlər əvvəlki biliklərini yeni öyrəndikləri məlumatlarla müqayisə edərək mövzu ətrafında müzakirələr apardılar. Dərsin sonunda şagirdlər Neft Daşlarına ekskursiya etmə arzularını ifadə etdilər.

#MilliSərvətimizinRəmziNeftDaşları

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi