Milli dəyərlərimizi yaşadırıq!

Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarovanın rəhbərliyi ilə 5L sinfində “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində “Milli mətbəximiz” adlı maraqlı və ləzzətli bir qrup işi həyata keçirildi.

Şagirdlər plov, dolma və düşbərə kimi milli yeməklərimizi böyük həvəslə hazırlayaraq qruplar şəklində təqdim etdilər. Təqdimatlardan sonra isə hazırlanan təamların dadına baxaraq, həm əyləndilər, həm də milli mətbəximiz barədə biliklərini artırdılar.

Bu cür layihələr şagirdlərdə həm yaradıcı düşüncəni inkişaf etdirir, həm də milli dəyərlərə sevgi və hörmət aşılayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi