"Rəsm dərnəyi"

Liseyimizdə fəaliyyət göstərən rəsm dərnəyi şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmaq, onların estetik zövqünü formalaşdırmaq məqsədilə təşkil olunmuşdur. Dərnək çərçivəsində şagirdlər mərhələli şəkildə müxtəlif mövzular və texnikalar üzrə bilik və bacarıqlar əldə etmişlər. İlkin mərhələdə şagirdlər rənglərlə tanış olmuş, rənglərin uyğunluğu və bir-biri ilə ahəngdarlığı barədə məlumat almışlar. Daha sonra onlar sadə təsvirlər çəkməklə rəsmin əsaslarını mənimsəmişlər. Növbəti mərhələlərdə isə şagirdlər mövzulu rəsmlər üzərində çalışmışlar. Novruz, Yeni il bayramı və digər mövsümi mövzulara uyğun rəsmlər çəkərək həm milli dəyərləri ifadə etmiş, həm də yaradıcı düşüncələrini inkişaf etdirmişlər. Bundan əlavə, şagirdlər akvarel, karandaş, pastel və guaş kimi müxtəlif rəsm texnikaları ilə işləmə qaydalarını öyrənmiş, bu materialların xüsusiyyətlərini və istifadə imkanlarını praktiki olaraq tətbiq etmişlər. Rəsm dərnəyi şagirdlər üçün faydalı və maraqlı bir yaradıcı mühit yaratmış, onların incəsənətə olan marağını daha da artırmışdır.