Liseyimizdə "Kitab klubu" yaradıldı

Liseyin kitabxana müdiri Samirə Rzayeva və yazıçı Amin Orucun təşkilatçılığı ilə liseyimizdə Kitab klubu yaradıldı. Kitab klubunun yaradılmasının məqsədi şagirdlərdə oxu vərdişlərini inkişaf etdirmək – Şagirdlərin mütaliəyə marağını artırmaq və onları daha çox kitab oxumağa təşviq etmək, tənqidi və yaradıcı düşünmə bacarıqlarını formalaşdırmaq – Oxunan əsərlər haqqında fikir bildirmək, müzakirələr aparmaq şagirdlərin düşünmə qabiliyyətini inkişaf etdirməkdir. Beləki klubun ilk qonağı yazıçı Elmir Hüseynoğlu oldu və şagirdlər tərəfindən ilk oxunan kitab da yazıçının "Savannaya qayıdış" əsəri oldu. İnsan-heyvan münasibətlərinin sorğulandığı və sirkə gətirilən heyvanların hansı əzablarla qarşılaşdıqları və insanların bu baxımdan necə qəddar və mənfəətpərəst olduqları realistik tərzdə ifadə edilən əsər haqqında şagirdlər də öz müxtəlif fikirlərini səsləndirdilər. Əsər müzakirəsindən sonra təşkil edilən oyunda şagirdlərə kitab hədiyələri təqdim edildi. Elan edək ki, klubun növbəti kitab müzakirəsi may ayında təşkil ediləcək....

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi