"Təhlükəsizlik günü" adlı tədbir keçirildi

Liseydə aprel ayı üzrə "Təhlükəsizlik günü" adlı tədbir təşkil olundu. Tədbirə liseyin təşkilatçısı, növbətçi müəllimlər, sinif rəhbərləri, psixoloq, təsərrüfat müdiri və şagirdlər cəlb olundu. Tədbirin məqsədi şagird təhlükəsizliyini təmin etmək, liseyin tədris planına əsasən mərtəbələr üzrə təşkil olunmuş növbətçi müəllimləri təlimatlandırmaq və nəzarəti daha da gücləndirməkdir.
İlkin olaraq liseyin təşkilatçısı tərəfindən şagird davranış qaydaları haqda məlumat verildi və şagird çantaları yoxlanıldı.
Liseyin psixoloqu tərəfindən "Şagirdlərdə düzgün və sağlam ünsiyyət bacarıqlarını inkişaf etdirmək" adlı dəyirmi mmasa təşkil edildi.
Liseyin təsərrüfat müdiri tərəfindən qapı və pəncərələrin təhlükəsizliyi, məktəb binasının və ətraf ərazilərin təmizliyi, su və elektrik sistemlərinin işləkliyi yoxlanıldı.