"Elimizə bahar gəlir" adlı Novruz şənliyi keçirildi.

Novruz Bayramı Azərbaycanda ən sevilən və qədim bayramlardan biridir. Bu bayram yazın gəlişini, təbiətin oyanmasını və yeni ilin başlanğıcını simvolizə edir.
Bu il də liseyimizdə Novruz şənliyi təntənəli şəkildə qeyd edildi. 4A, 4B, 5L, 6L, 7L sinif şagirdlərinin hazırladıqları mahnılar, rəqslər, piano və tar ifaları, kosa və keçəlin maraqlı dialoqu tədbir iştirakçıları tərəfindən maraqla izlənildi.