Torpaq çərşənbəsinə həsr olunmuş xüsusi dərs

18.03.2025-ci il tarixdə 7l sinfində Ana dili və ədəbiyyat müəllimi Afaq Nəbiyeva xüsusi dərsi Boz ayın son çərşənbəsi olan torpaq çərşənbəsinə -ilin axır çərşənbəsinə həsr etdi. Xalqımızın bayram adətləri, axır çərşənbəyə məxsus adət , ənənələr təhlil olundu. Qulaq falı, qapı pusma, tonqal qalamaq, bayramın xüsusi şirniyyatlaını bişirib süfrə açmaq, paylaşmaq, bayramlaşmaq kimi dəyərlərimizdən danışıldı. Torpağın oyanması, canlanması, təbiətə yeni nəfəs gəldiyi şagirdlərin fikirlərilə müzakirə olundu. Onlar sinif otağındakı btkilərə qulluq etməkdən, sulamaqdan böyük zövq aldıqlarını söylədilər. Fikirlərini Dədə Qorqudun torpaq haqqında kəlamları ilə təsdiqlədilər. Filmlərimizdə və ədəbiyyatımızda Novruz bayramını təsvir və tərənnüm edən süjetləri izlədilər.