"Mənim ilk kitabım və hekayəm" adlı layihə üzərində iş.

Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarova 5l sinfində şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirmək üçün "Mənim ilk kitabım və hekayəm" adlı layihə üzərində iş həyata keçirdi. Şagirdlərin böyük həvəslə hazırladıqları kitablar, onlara çəkdikləri illüstrasiyalar, üz qabağının dizaynı, maraqlarına və təxəyyüllərinə uyğun yazılmış hekayələr təqdirəlayiq idi. Şagirdlərin daxili aləminin zənginliyi və rəngarəngliyindən xəbər verən hekayələr o qədər maraqlı idi ki, seçim edə bilmədik.