"Xocalıdan 5 yaşlı qız" - Dəyirmi masa

Bu amansız qətliam nə üçün Xocalı soyqırımı adlanır? Erməni silahlı qüvvələrinin bu qətliamı törətməkdə məqsədi nə idi? 20 Yanvar faciəsi və 26 Fevral Xocalı soyqırımının oxşar cəhətləri nədir? 26 Fevral hər zaman bizə nəyi və kimi xatırlatmalıdır? kimi sualları liseyin tarix müəllimi Səfa Allahyarova 6L və 7A sinif şagirdləri ilə təşkil etdiyi dəyirmi masada cavablandırdı. Debat şəklində təşkil olunan tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Səfa müəllimə Xocalı qətliamından danışaraq şagirdləri məlumatlandırdı. Şagirdlərin verdiyi sualları cavablandırıb, onların təqdimatlarını dinləyib, "Xocalıdan 5 yaşlı qız" qısametrajlı bədii filmi izlədilər. Sonda şagirdlər film haqda öz düşüncələrini, baxarkən hansı hislər keçirtdiklərini danışdılar.