"Misli görünməmiş soyqırım aktı-XOCALI"

Xocalı soyqırımı, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilmiş kütləvi qətliamdır. Bu hadisə Dağlıq Qarabağ münaqişəsi zamanı mülki əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.

Soyqırım nəticəsində:

613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insan qətlə yetirilib, 487 nəfər ağır yaralanıb,

1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də naməlumdur.

Xocalı soyqırımı Azərbaycanın müasir tarixində ən faciəvi hadisələrdən biri sayılır və hər il liseyimizdə Xocalı soyqırımının qurbanları yad edilir. Beləki lisey üzrə 1-ci saatlar Xocalı faciəsinə həsr olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi