"Doğma dilim" adlı tədbir keçirildi.

Ana Dili Günü hər il 21 fevralda qeyd olunur. Bu gün Beynəlxalq Ana Dili Günü kimi tanınır və UNESCO tərəfindən 1999-cu ildə təsis edilib. Məqsəd dünyada dil müxtəlifliyini qorumaq, mədəni irsi yaşatmaq və ana dilinin əhəmiyyətini vurğulamaqdır.
Ana dilinin qorunması hər bir xalqın milli kimliyi və mədəniyyətinin əsas hissəsidir. Bu il də "Ana dili günü"nə həsr olunmuş tədbirimiz liseyimizdə təntənəli şəkildə keçirildi. Beləki azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Qarayevanın "Varvarizmlərin dilimizə təsiri" adlı sorğusu, 8L sinif şagirdlərinin Xurşidbanu Natəvanın "Məclisi-üns" adlandırılan ədəbi məclisini canlandırmaları, 8A və 8L sinif şagirdlərinin ingilis dilində hazırladıqları Azərbaycan kinosunun ən sevilən komediyalarından olan "Qaynana" filmindən qısa səhnəcikləri, 5K sinif şagirdlərinin rus dilində "Язык глазами писателей" - "Dil yazıçıların gözü" ilə səhnəcikləri, 6K sinif şagirdlərinin ingilis dilində "Aya uçan çərpələng" adlı tamaşaları, doğma dilimizdə səsləndirilən şeirlər və xor ifaları, rus dilində ifa olunan mahnılar, müxtəlif xalqlara mənsub rəqslər tədbir iştirakçıları tərəfindən maraqla izlənildi.
Tədbirin ərsəyə gəlməsində kitabxana müdiri Samirə Rzayeva, azərbaycan dili və ədəbiyyat müəllimi Rəqsanə Təhməzova, Afaq Nəbiyeva və Elnarə Qarayeva, ingilis dili müəllimi Xatirə Əliyeva və Nuriyyə Əliyarova, rus dili müəllimi Səbinə Ələsgərova, musiqi müəllimi Təranə Rəsulovaya təşəkkür edirik.