Liseyin şagirdlərinin yazıçı Amin Orucla maraqlı bir günü

"Ana dili aylığı" çərçivəsində liseyimizin bugünkü qonağı yazıçı Amin Oruc oldu.
Qeyd edək ki, Amin Oruc, Azərbaycan ədəbiyyatında tanınmış bir yazıçıdır. Onun əsərləri, müasir Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynayır. Onun əsərlərində insanın daxili dünyası, cəmiyyət və sosial məsələlər ön plana çıxır.
Amin Oruc, həm də müxtəlif janrlarda əsərlər yazmış, qısa hekayələr, romanlar və esse yazılarla tanınmışdır. Beləki 4A sinif şagirdlərin müəllifi Amin Oruca məxsus olan "Qorxulu meşəyə kim gedər? " əsərini səhnələşdirib təqdim etmələri, 6L sinif şagirdlərinin yazıçıya hazırladıqları suallar və yazıçı ilə qarşılıqlı debat, 4A sinif şagirdlərinin "Azərbaycana gəlsin" xor ifası, hazırladıqları vals, 6L sinif şagirdinin "Nəlbəki" rəqsi yazıçı tərəfindən yüksək qiymətləndirildi. Yazıçı şagirdlərə öz kitab hədiyyəsini vermək üçün maraqlı oyunlar da keçirtdi. Şagirdlərimizin kitaba, ədəbiyyata olan marağını görən yazıçı liseyimizdə ədəbiyyat klubu yaratmaq fikrini də təklif etdi.
Sonda şagirdlər sevimli yazarın kitabını imzalatdırdılar. Belə tədbirlərin daimi olması şagirdlərimiz üçün təhsil həyatında əvəzolunmaz, unudulmaz bir yoldur.
Tədbirin ərsəyə gəlməsinə görə, kitabxana müdiri Samirə Rzayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarova, ibtidai sinif müəllimi Aynurə Zülfiqarova və musiqi müəllimi Təranə Rəsulovaya təşəkkürümüzü bildiririk.