DiN təhsilə və xidmətə təşviq edilmə mövzusunda görüş keçirtdi.

09.01.2024-cü il tarixdə Bakı şəhər Nəsimi rayonu 16 nömrəli Texniki Humanitar Liseydə DİN Polis Akademiyasının nümayəndəsi polis leytenantları Asəf Hüseynov və Həzrət Sevdimov və Nəsimi rayon Polis İdarəsinin əməkdaşı polis mayoru Yeganə Zeynalovanın iştirakı ilə IX-XI sinif şagirdləri ilə gənclərin DİN sistemində təhsilə və xidmətə təşviq edilməsi barəsində görüş keçirilmişdir. Görüşdə şagirdlərə polis akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verilmişdir. Həmçinin gənclərə gələcəkdə dövlətinə və vətəninə sadiq olmaq və sağlam ruhda böyümək üçün müəyyən tövsiyələr verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi