"Bullinqə Yox Deyək"

6L sinfində təşkilat saatının növbəti mövzusu "Bullinq" oldu. Bullinq nədir? Billinqin hansı növləri var? Məktəb olaraq bullinqə qarşı hansı tədbirləri görməliyik?

6L sinfinin rəhbəri həmçinin azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarova bu sualları cavablayaraq bullinq hallarının həyatımıza göstərdiyi mənfi təsirlərindən danışaraq şagirdləri məlumatlandırdı. Şagirdlərin bullinq haqqında səsləndirdikləri fikirlər dinlənildi, hazırladıqları videotəqdimatlar izlənildi. Hətta şagirdlərin bullinq mövzusuna yaradıcı yanaşaraq bu mövzuda yazdıqları hekayələr təqdirəlayiq idi. Təşəkkür edirik, uşaqlar !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi