"Naxçıvan Muxtar Respublikasının 100 illiyi"nə həsr olunmuş dəyirmi masa təşkil edildi

Liseyin 9-10-cu sinif şagirdləriylə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş dəyirmi masa təşkil edildi. İlk öncə liseyin tarix müəllimi Səfa Allahyarova Naxçıvanın zəngin tarixindən və tarixi şəxsiyyətlərindən, azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Nəbiyeva Naxçıvanın görkəmli ədiblərindən bəhs edərək şagirdləri məlumatlandırdılar. Daha sonra şagirdlərin Naxçıvanın qədim tarixi, ədəbiyyatı, elmi və coğrafi mövqeyi haqqında hazırladıqları videotəqdimatlar izlənildi.