Kitab müzakirəsinin bu dəfəki mövzusu "Səfillər" romanı oldu

Liseydə mütaliəyə marağı artırmaq, şagirdlərin bədii təfəkkürünü inkişaf etdirmək üçün silsilə tədbirlər davam edir. Növbəti müzakirə liseyin azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarova və kitabxana müdiri Samirə Rzayevanın təşkilatşılığı ilə 5l sinfində dünya ədəbiyyatının parlaq dühalarından biri olan Viktor Hüqonun "Səfillər" əsərinin təhlilinə həsr olundu.
V.Hüqonun həyat və yaradıcılığından qısa məlumat verən Müşfiq yazıçının yaşadığı dövrə diqqət çəkdi. Şagirdlər əsərin ideya-məzmununu müəyyənləşdirdilər sonra obrazlara münasibət bildirdilər. Müzakirədə iştirak edən qonaqlarla fikir mübadiləsi edən şagirdlər yıxılanı baltalayan "cəmiyyət"i qınamaqdan belə çəkinmədilər. Güclü empatiya hissi olan şagirdlərimiz özlərini obrazın yerinə qoyaraq qəhrəmanları təhlil etdilər.
Sonda Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarovanın dəstəyi ilə şagirdlərimiz:İlqar, Raul, Nurəli, Zeynəb yepiskopun Jan Valjanı sevgi ilə cəmiyyətə qazandırdığı hissəni səhnələşdirdilər.