"Mən fəxr edirəm ki, azərbaycanlıyam" adlı tədbir keçirildi.

12.12.2024-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə liseyin direktoru Ülviyyə İsmayılova, müəllim kollektivi və şagirdlər iştirak etdilər. Liseyin 8A sinif şagirdləri Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirdilər. Tədbirdə ümummilli liderə həsr olunan film də nümayiş olundu. Çıxış edənlər böyük şəxsiyyətin həyatı və Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə iştirakçılara məlumat verdilər. Daha sonra liseyin tarix müəllimi Həcər Babayeva bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı dönməz müstəqilliyə, inkişafa apardı. Azərbaycan xalqı xoşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan, siyasi lider rəhbərlik edib və bugün bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbir 6L sinif şagirdlərinin "Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək" ifasıyla bitti.