6L-in mavi qatarla Riveruya səyahəti - Şagirdlərin təxəyyülü

Liseyin 6l sinfində kitabxana müdiri Samirə Rzayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi İhamə Cabbarovanın təşkilatçılığı ilə dünya ədəbiyyatının dedektiv janırının görkəmli nümayəndəsi Aqata Kristin "Mavi Qatarın Sirri" əsəri müzakirə edildi.
Öncə Aqata Kristinin həyat və fəaliyyəti haqqında videoçarx izlənildi. Daha sonra şagirdlər əsərin mövzu və ideyasını, obrazlar haqqında gəldikləri qənaəti bir-biriləri ilə bölüşdülər. Əsərdən ən çox onlara təsir edən məqamlar, obrazların mənfi və ya müsbət xüsusiyyətləri haqqında danışıldı. Şagirdlər əsəri öz təxəyyülünə görə fərqli bitirmək istədiklərini qeyd etdilər. Sonda Dəmirov Murad əsərdəki Derek obrazını öz təxəyyülünə əsasən lövhəyə çəkdi.