“Gigiyena və Sağlam Qidalanma"

05.12.2024-cü il tarixdə reproduktiv sağlamlıqla bağlı 2-ci seminar keçirildi. Biologiya müəllimi Gülnarə Xəlilova 8-ci sinif şagirdləri ilə “Sağlam qidalanma sağlamlığın əsasıdır” mövzusunda söhbət apararaq şagirdləri məlumatlandırdı. Daha sonra liseyin həkimi Aygün Mustafayeva və tibb bacısı Nurəngiz Babayeva şagirdləri gigiyena qaydaları haqqında məlumatlandırıb ümumi yoxlanış etdilər.