Pedaqoji Şura iclası keçirildi

29.11.2024-cü il tarixdə 16 nömrəli Texniki-Humanitar liseyin fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında liseyin direktoru İsmayılova Ülviyyə, tədris işləri üzrə direktor müavini Ağalıyeva Könül, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Salahova Aytac və müəllimlər iştirak etdilər. Pedaqoji Şura iclasını liseyin direktoru İsmayılova Ülviyyə çıxışı ilə başladı. O, pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı. İclasda direktor və direktor müavinlərinin hesabatları dinlənildi və I yarımildə keçiriləcək BSQ-lər haqqında danışıldı. Ən son liseydə 2-ci dəfə keçirilən "Təhlükəsiz mühit" haqqında fikirlər səsləndirildi və yeni qərarlar qəbul olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi