8 noyabr Zəfər gününə həsr olunmuş tədbir keçiriıdi.

8 Noyabr - Şuşa şəhərinin işğaldan azad edildiyi, 28 illik həsrətin sonu, Azərbaycan xalqının tarixi zəfərinə qovuşduğu, dünya tarixində silinməz iz qoyduğu gündür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə bu tarixi qələbə Azərbaycanın hər bir elində, obasında şəhidlərimizin xatirəsi uca tutularaq təntənəli şəkildə qeyd edilir. Bu ilin Zəfər bayramı Liseyin azərbaycan dili ədəbiyyat müəllimi Afaq Nəbiyevanın təşkilatçılığı ilə keçirildi. Şagirdlərin 44 günlük vətən müharibəsini əks etdirən şeirləri, döyüş səhnələri böyük maraqla izlənildi. Tədbirdə musiqi müəllimi Təranə Rəsulovanın məmləkətimizdən bəhs edən xoru və xarı bülbülü əks etdirən rəqsləri tədbirin milli, ümumbəşəri dəyərlər əsasında ərsəyə gətirildiyinin sübutu idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi