"Yenilməz Bayrağım"

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız əlvan rəngləri ilə bizə müstəqilliyimizi, müasirliyimizi, islamçılığımızı vəd etdi. İllər keçsədə şagirdlərimizin, gənc nəslin timsalında milli suverenliyin simvolu olan bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri idealara sadiqliyimizi nümayiş etdirir. Bu münasibətlə liseyimizdə kitabxana müdiri Samirə Rzayeva tərəfindən 6-8-ci siniflər arasında 9 Noyabr - "Dövlət Bayrağı Günü" nə həsr olunmuş "Yenilməz Bayrağım" adlı şeir müsabiqəsi keçirildi.