"Yamyaşıl Poetik Ədəbiyyat" - Xüsusi dərs
2024 - cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar liseydə silsilə tədbirlər, dəyirmi masalar, müzakirələr davam edir. Həmin müzakirələrdən biri də liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarova ilə kitabxana müdiri Samirə Rzayevanın 6L sinfində keçirdiyi dəyirmi masadır. Müzakirədə yaşıl enerjinin növləri haqqında söhbət aparıldı. Günəş, külək, hidro enerji barədə məlumat verildi. Şagirdlərin müxtəlif yanaşmaları, mövzuya olan marağı, fərqli məqamlara toxunmaları dəyirmi masaya xüsusi rəng qatdı. Dəyirmi masada Azərbaycan ədəbiyyatında müstəsna mövqeyi olan Nizami Gəncəvi və Səməd Vurğun mövzulari müzakirə edildi. Nizami Gəncəvinin yaradıcılığı və onun bəşəri dəyərləri əks etdirən əsərlərinin dünya mədəniyyətindəki rolu vurğulandı. Tədbirin davamında Səməd Vurğunun poeziyasının vətənpərvərlik və humanizm mesajları müzakirə edildi. Tədbir interaktiv sual-cavab sessiyası ilə tamamlandı.