"İtələmək gülməli deyil" - Psixoloji hekayə
Liseyin psixoloqu Şövkət Quliyeva şagirdlər arasında kommunukativ münasibətlərin qurulması üçün 5L və 5K sinfində "İtələmək gülməli deyil" hekayəsini danışdı. Hekayənin məqsədi şagirdlərə hörmətli davranışın əhəmiyyətini izah etmək, empatiya hissini inkişaf etdirmək və zorakı hərəkətlərin, xüsusilə də fiziki təzyiqin yolverilməz olduğunu anlamaq, qısaca zorakı davranışın və bunun nəticələrinin nümunələri barədə danışdı.
Hekayədə bir qrup uşağın zarafatla bir-birini itələməsi və bununla bağlı ortaya çıxan problem təsvir edilir. Baş qəhrəmanlardan biri ehtiyatsızlıqla dostunu itələyir və nəticədə uşaq yıxılaraq incinir. Bu hadisə uşaqlara itələməyin əyləncəli olmadığını öyrədir. Sonda qəhrəmanlar peşmanlıq hissi keçirir və üzr istəyir, problemi birlikdə həll etməyə çalışırlar. Həmçinin hekayə ilə bağlı müzakirə sualları da təqdim edildi. Sonda hekayənin əsas mesajı vurğulanır: "Hər hansı zorakı hərəkət, hətta zarafat məqsədilə edilsə belə, zərər verə bilər və gülməli hesab edilə bilməz".